CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtobus yolunda “ölüm oyunu” davam edir - VİDEO

© Sputnik / Murad Orujov"Bakubus" MMC-yə məxsus avtobusun sürücüsü sükan arxasında, arxiv şəkl
Bakubus MMC-yə məxsus avtobusun sürücüsü sükan arxasında, arxiv şəkl - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə avtobusun sərnişini Şirin Məmmədli oturacaqdan yıxılıb

BAKI, 14 iyun — Sputnik. Bakıda daha bir sürücü idarə etdiyi minik avtomobili ilə "BakuBus" MMC-yə məxsus avtobusun yolunda təhlükəli vəziyyət yaradıb.

"BakuBus" MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə 9 iyun 2018-ci il tarixində saat 10:49-da Akim Abbasov və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində baş verib.

Avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntülərə baxış zamanı məlum olub ki, sürücü idarə etdiyi 90-UE-992 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı avtomobili qəflətən 17 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusun yoluna çıxarıb və əyləcdən istifadə edib. Bu zaman avtobusun sürücüsü də qəzanın baş verməməsi üçün əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Nəticədə avtobusun sərnişini Şirin Məmmədli oturacaqdan yıxılıb.

Müraciəti nəzərə alınaraq Ş.Məmmədli hadisə ilə bağlı "BakuBus" MMC-də aparılan araşdırmanın nəticəsi barədə məlumatlandırılıb.

Xəbər lenti
0