10:16 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Праздничный намаз в мечети Тезе Пир

Fitrə haqqında bunları bilmək çox vacibdir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
120020

Fitrə bədənin zəkatıdır və hər bir adam gücü çatdığı qədər fitrə ayırmalıdır

BAKI, 14 iyun – Sputnik. Ayın 15-də Ramazan ayı başa çatır və bayram namazı qılanacaq. Ondan əvvəl isə fitrə verilməlidir. Fitrə nədir, nə qədər ayrılmalıdır, kimə verilməlidir?

Sputnik Azərbaycan-ın suallarını  Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov cavablandırıb.

Onun sözlərinə görə, fitrə bədənin zəkatıdır və hər bir adam gücü çatdığı qədər fitrə ayırmalıdır.  

“Fitrə bədən üçündür, mal üçün deyil. Fitrə ayırmaq hər bir ev sahibinin öhdəsinə düşür. Ev sahibi öhdəsində nə qədər adam varsa, (hətta hamilə qadın varsa, onun bətnindəki körpə üçün də) onlar üçün fitrə ayırmalıdır”.

Hacı İlham Səlimovun sözlərinə görə, fitrənin miqdarı ev sahibinin maddi vəziyyətindən asılıdır. Maddi vəziyyətə bağlı olaraq fitrə adambaşına 3 kiloqram buğda, arpa, düyü, kişmiş pulu qədər ayrılmalıdır: “Məsələn, düyünün kiloqramı da, 3 kiloqramı da 10 manat ola bilər. Buna görə də hər kəs imkanına uyğun fitrə ayırmalıdır. Ən az məbləğ adambaşına 5 manat ola bilər. Yaxşı olar ki, adambaşına 10 manat ayrılsın”.

Axund qeyd etdi ki, fitrə bayram axşamı ayrılmalıdır. Və yaxşı olar ki, bayram namazı qılınana qədər ayrılan pul kasıb adamlara çatdırılsın ki, onlar da bayram süfrəsi aça bilsinlər.

Fitrə əlsiz-ayaqsız, özünü idarə edə bilməyən insanlarla yanaşı kasıb, imkanı olmayan şəxslərə verilməlidir: “Şərt deyil ki, həmin şəxs əlsiz-ayaqsız olsun. Pul imkansıza, dolana bilməyən adama da verilə bilər. Yaxşı olar ki, ibadət əhlinə verilsin”. 

İ.Səlimov bildirir ki, fitrə ayrılan zaman ərəb dilində xüsusi duaya ehtiyac yoxdur: “Sadəcə olaraq demək olar ki, mən Allahın əmrini yerinə yetirib fitrə-zəkatı ayırıram”.

Axund qeyd etdi ki, fitrə iyunun 14-də ayrılmalı və bayram namazına qədər imkansızlara çatdırılmalıdır: "Fitrə bədəninizin zəkatıdır. Allah orucunuzu qəbul etsin!”

Əsas mövzular