CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı bu yol istifadəyə verildi

© Sputnik / Murad OrujovРемонт дороги, фото из архива
Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir işləri yekunlaşandan sonra küçə müasir görkəmdə sürücülərin istifadəsinə verilib

BAKI, 13 iyun — Sputnik. Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin də bir hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsi artıq istifadəyə verilib.

"Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı. Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb. Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kv.m sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb", — deyə Nəcəfli qeyd edib.

Təmir işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yolgöstərici və yolcizgi xətləri, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq küçə müasir görkəmdə sürücülərin istifadəsinə verilib.

Xəbər lenti
0