23:21 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Çayın daşması

Goranboyda çay sahilində kişi meyiti tapıldı

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
52 0 0

Güclü leysan yağıb və kişi çaydan keçmək istəyən zaman güclü sel suyu onu aparıb və başından xəsarət alıb

BAKI, 11 iyun — Sputnik. Goranboy rayonunda naməlum kişi meyiti tapılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, meyit rayonun Todan kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar edilib.

Sakinlər bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Əraziyə Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) və Xocalı Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.

Məlum olub ki, bu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü Tofiq Həsən oğlu Əmirəliyevdir.

İlkin məlumatlara görə, "Suqovuşan" deyilən ərazidə arıçılıqla məşğul olan bu şəxs ehtiyatsızlıqdan yıxılaraq başından ağır xəsarət almaqla ölüb.

Meyit çay yaxınlığında aşkarlanıb. Dünən həmin ərazidə güclü leysan xarakterli yağış yağıb və ilkin ehtimallara görə, çaydan keçmək istəyən zaman güclü sel suyu onu aparıb və başından xəsarət alıb. Həmin şəxsi tanıyanlar onun səhhətində problem olduğunu da bildiriblər.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər:
xəsarət, leysan, sel, meyit, çay, Goranboy rayonu

Əsas mövzular