23:16 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Rəcəp Tayyip Ərdoğan

TANAP-ın açılışı olacaq, Ərdoğan şəxsən işə salacaq

© REUTERS / Kayhan Ozer
CƏMİYYƏT
Qısa URL
130 0 0

Açılış mərasimi iyunun 12-də Əskişəhərdə olacaq

BAKI, 10 iyun — Sputnik. Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışını iyunun 12-də Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğan edəcək.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən "Şahdəniz-2" qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.

Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.

Teqlər:
Əskişəhər, açılış, Rəcəb Tayyib Ərdoğan, TANAP

Əsas mövzular