CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdəmirdə maşın aşdı, beş nəfər yaralandı

CC0 / floz / Car crashQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

BAKI, 10 iyun — Sputnik. Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Artıq yol qəzası nəticəsində xəsarət alan 5 nəfərin şəxsiyyəti məlumdur. Bunlar Qaradağ rayonundan olan 1983-cü il təvəllüdlü sürücü Əliyev Faiq Tofiq oğlu, sərnişinlər — 1957-ci il təvəllüdlü Qaradağ rayon sakini Əliyev Tofiq Mənsim oğlu, 1953-cü il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu,1959-cu il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0