21:07 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Çingiz Aytmatov

Türk dünyasının dahi yazıçısının ölümü

© Sputnik / Ruslan Krivobok
CƏMİYYƏT
Qısa URL
127 0 0

10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib

BAKI, 10 iyun — Sputnik. Qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısı Çingiz Torekuloviç Aytmatov (12 dekabr 1928, Şəkər kəndi, Qırğızıstan SSR — 10 iyun 2008, Nürnberq, Almaniya) vəfat edib.

Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi. Lakin 1937-ci ildə həbs olunub, 1938-ci ildə isə güllələnib. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.

8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olaraq, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948-1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. 

Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

1990-1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.

2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.

10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.

Teqlər:
qırğız, Çingiz Aytmatov, ölüm, yazıçı

Əsas mövzular