CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda həbsxanada insident: Əsgər əsgəri güllələdi

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mehman Sadıqov açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib

BAKI, 10 iyun — Sputnik. Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb".

Xəbər lenti
0