11:05 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
317 0 0

Nazirliyin fəaliyyəti ilə bağlı məlumat yaymazdan öncə dəqiqləşdirmə aparılması təklif olunur

BAKI, 6 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, inşaat işləri tamamlandıqdan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq. Binadakı mənzillərin istifadəyə verilməsi rayon (şəhər) icra hakimiyyətləri tərəfindən nazirliyə təqdim olunmuş və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.

Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə adıçəkilən ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir. Xətai rayonu, N.Tusi küçəsi, 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı məlumat yaymazdan öncə dəqiqləşdirmə aparılması təklif olunur.

Teqlər:
Qarabağ müharibəsi, tikinti, bina, təkzib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əsas mövzular