CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtaliyada ölən azərbaycanlı tələbənin meyiti tapılıb

© Photo : FB / elnur.babayev.965Elnur Babayev
Elnur Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub

BAKI, 6 iyun — Sputnik. İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyiti tapılıb. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, meyit dəfn edilməsi üçün Azərbaycana göndərilib.

Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub.

O, ailənin yeganə oğul övladı idi.

Xəbər lenti
0