CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İTV-də bir sıra kadr dəyişiklikləri olub - ADLAR

© Sputnik / Anar MustafayevПодписание договора страхования
Подписание договора страхования - Sputnik Azərbaycan
Abunə olmaq
Aparat rəhbəri vəzifəsinə Faiq Qürbətov təyinat alıb

BAKI, 5 iyun — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) bir sıra kadr dəyişiklikləri olub.

Bunu Report-a açıqlamasında İTV-nin Yayım Şurasının sədri Muxtar İmanov deyib.

O bildirib ki, bununla bağlı qərar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının bugünkü iclasında qəbul olunub.

İmanov qeyd edib ki, İTV-nin baş direktor müavini Həsən Abdullayev vəzifəsindən azad edilib: “O, özü istefa ərizəsi yazmışdı. İTV baş direktorunun İctimai siyasi məsələlər və informasiya üzrə müavini vəzifəsinə Murad Hüseynov təyin olunub. 

Aparat rəhbəri vəzifəsinə Faiq Qürbətov təyinat alıb. Əvvəllər bu yer vakant idi. Əliyeva Leyla yenidən Musiqi Departamentinə təyinat alıb. Həmin vəzifədə indiyə kimi Lamiyə Ələkbərova çalışırdı. O da öz ərizəsi ilə işdən ayrılıb. Yusif Həmidov maliyyə üzrə direktor vəzifəsinə təyinat alıb. Bu vəzifə də bu günə kimi vakant idi”.

Xəbər lenti
0