CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə iyulun 1-dən ciddi yoxlamalar başlayacaq

CC0 / Heamer / marketƏrzaq dükanı - supermarket, arxiv şəkli
Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət edir

BAKI, 5 iyun — Sputnik. Ölkə başçısının "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) də öz fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcək.

Çörək - Sputnik Azərbaycan
HADİSƏ
Əhaliyə çörək şoku yaşadırlar — Bu da oldu

Bu barədə Sputnik Azərbaycan-a QTA-nın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir.

"Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcək. Cari il iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək" — deyə qurumdan bildirilib.

"Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, "Made in Azerbaijan" brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır" — QTA bəyan edir.

Xəbər lenti
0