21:46 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
582 0 0

İlk olaraq bu xidmət Gəncə "ASAN xidmət" həyata keçirilib

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə "ASAN xidmət" mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilirlər.

Pilot layihə çərçivəsində ilkin olaraq Gəncə "ASAN xidmət" mərkəzində yaradılmış e-hüquq kabinetinin digər "ASAN xidmət" mərkəzlərində də təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"-nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub.

Teqlər:
hüquqi yardım, "ASAN xidmət", Gəncə

Əsas mövzular