CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu küçələrində maşın saxlamaq qəti qadağan olunacaq

© Sputnik / Murad OrujovЖенщина за рулем автомобиля
Женщина за рулем автомобиля - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın yetmiş dörd küçəsinin kəsişməsində pilot layihəsi çərçivəsində yeni yol nişanları qoyulacaq

BAKI, 3 iyun — Sputnik, Zarina Orucəliyeva. 2018-ci ilin yayında Bakı Nəqliyyat Agentliyi (BNA) avtomobil sahiblərinə 11 istiqamət üzrə maşınlarını paytaxt səkilərində saxlamağı qadağan edəcək. Bu barədə Sputnik Azərbaycan-a BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Ağayev məlumat verib.

Onun sözlərinə görə, tezliklə, məzuniyyətlər mövsümünün başlaması ilə paytaxtın aşağıdakı istiqamətlərində maşını parklamaq mümkün olmayacaq: 

Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıkart terminalları niyə çatışmır: BNA-dan açıqlama

Tbilisi prospekti, Bakıxanov və Əbdülvahab Salamzadə küçələri istiqamətində;

Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı küçələrində, Azərbaycan prospekti, Bakıxanov və İstoqlaliyyət küçələri istiqamətində;

Həsən Əliyev küçəsində, Tbilisi prospekti, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;

Bakıxanov prospektində, Bakıxanov dairəsinin ətrafında, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;

Füzuli küçəsində, Şəmsi Bədəlbəyli, Səməd Vurğun küçələri, Azərbaycan prospekti istiqamətində;

Səməd Vurğun küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;

Rəşid Behbudov küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;

Bakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac - Sputnik Azərbaycan
Bakı-Sumqayıt yolunda yenə tıxac yaşanacaq

Azadlıq prospektində, Bakıxanov və Füzuli küçələri istiqamətində; 

28 may küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;

Üzeyir Hacıbəyov küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;

Yusif Səfərov küçəsində, Üzeyir Hacıbəyov küçəsi və Babək prospekti istiqamətində.

Bununla yanaşı, 74 küçənin kəsişməsində pilot layihəsi çərçivəsində yeni yol nişanları qoyulacaq.

Xəbər lenti
0