CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin diqqətinə: Bu yol yenidən qurulur

© Photo : AAY DA mətbuat xidmətiMaştağa-Nardaran yolunun yenidən qurulması
Maştağa-Nardaran yolunun yenidən qurulması - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən ərazidə müasir yol infrastrukturunun yaradılaraq vətəndaşların istifadəyə verilməsi iyul ayı ərzində nəzərdə tutulub

BAKI, 1 iyun — Sputnik. Maştağa-Nardaran yolu yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 8,3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolu, uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolu yenidənqurma layihəsinə uyğun olaraq eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb. Hazırda yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınır.

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.

Sözügedən ərazidə müasir yol infrastrukturunun yaradılaraq vətəndaşların istifadəyə verilməsi iyul ayı ərzində nəzərdə tutulub.

Xəbər lenti
0