06:42 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25 0 0

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş #GünəşliYay xeyriyyə aksiyası təşkil edib

BAKI, 1 iyun — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu #GünəşliYay xeyriyyə aksiyası təşkil edib. Aksiya 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Layihədə Heydər Əliyev Fondunun dəstəyi və "Qarğı" İctimai Birliyinin himayəsi ilə fəaliyyət göstərən Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin 13 yetirməsi iştirak edib.

Paytaxtdakı “Pizza Hut” restoranında uşaqlara məxsusi pizzanın hazırlanması ilə bağlı əyləncəli master-klass keçirilib. Uşaqlar təcrübəli pizza mütəxəssislərinin rəhbərliyi altında əllə hazırlanmış hazır pizza xəmirlərini formaya salıblar və onları müxtəlif inqrediyentlərlə bəzəyiblər. Pizza hazır olana qədər uşaqlara fərdi rəsm dərsləri keçirilib, Bakının məşhur klounu Aquşa isə onlar üçün rəqslərlə zəngin əyləncəli proqram təqdim edib.

Uşaqlara içində özlərinin hazırladıqları pizzalar olan qutular və hava şarları təntənəli surətdə təqdim edilib.

Master-klassın iştirakçılarına ölkəmizdə “Mersedes Benz”-in baş nümayəndəliyi olan Autocapital-Azerbaijan şirkətinin və “Mersedes Benz”-in Azərbaycandakı rəsmi dileri olan "Abşeron" Avtomobil Mərkəzinin hədiyyələri də təqdim edilib.

  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
  • #GünəşliYay xeyriyyə aksiyası
    #GünəşliYay xeyriyyə aksiyası
    © Sputnik / Murad Orujov
1 / 20
© Sputnik / Murad Orujov
#GünəşliYay xeyriyyə aksiyası

"Daun sindromlu uşaqlar qeyri-adidir. Bəzi uşaqlar gözəl bacarıqların formalaşması prosesində fərqlənə bilirlər. Oyunlar oynayarkən, rəsm çəkərkən onlarda müxtəlif digər əqli və fiziki qabiliyyətlər də inkişaf edir.

#GünəşliYay-ın məqsədi bu uşaqlarda məşğələlərin köməyi ilə müxtəlif qabiliyyətləri inkişaf etdirməyə yardım göstərmək, eləcə də onlarda 1 iyun münasibətilə əsl bayram əhval-ruhiyyəsini yaratmaqdır. Sputnik Azərbaycan beləliklə, həm də Daun sindromu olan uşaqların sosial adaptasiyası prosesinə öz töhfəsini verməyə çalışdı.

Biz eyni zamanda növbəti dəfə demək istəyirik ki, "günəş uşaqlar" da başqa uşaqlar kimidir. Onlar istedadlı və çox əməksevərdirlər. Bu uşaqlar çox şeyə qadirdirlər, bəzən bir sıra böyük uğurlara imza atırlar və biz onlara kömək etməliyik" – deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu #GünəşliYay xeyriyyə aksiyasına verdikləri dəstəyə görə, Heydər Əliyev Fonduna, "Qayğı" İctimai Birliyinə, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənovaya, Pizza Hut restoranına və Ağa Piriyevə (Kloun Aquşa) təşəkkür edir.

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı LiveInternet-in 1 iyun 2018-ci ilə olan məlumatına görə, aparıcı milli KİV-lər arasında TOP-15-liyə daxildir.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir. Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

Teqlər:
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi, xeyriyyə aksiyası, Sputnik Azərbaycan, Əziz Əliyev

Əsas mövzular