CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir xəbərdarlıq: Hava kəskin pisləşəcək

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir

BAKI, 1 iyun — Sputnik. Bakı və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 59-65, gündüz 80-90 faiz təşkil edəcək.

Жара - Sputnik Azərbaycan
CƏMİYYƏT
İyunda bizi hansı hava gözləyir? – PROQNOZ

İyunun 2-də şimal Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi  əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 2-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0