CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çox çəkmədi, gəldiyi yerə geri döndü

© AFP 2023 / SONIA ROLLEYЗаключенный с сигаретой, фото из архива
Заключенный с сигаретой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon sakininin yaşadığı evə baxış zamanı isə 115 qram qurudulmuş marixuana aşkarlanıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 iyun— Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı rayon sakini Nail Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, tutulan şəxsin üzərinə baxış zamanı 1,9 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Rayon sakininin yaşadığı evə baxış zamanı isə 115 qram qurudulmuş marixuana aşkarlanıb.

Qeyd edək ki, adıçəkilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0