CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbərdarlıq: Azərbaycanda anomal istilər gözlənilir

CC0 / geralt / MargueriteTermometr - isti hava
Termometr - isti hava - Sputnik Azərbaycan
Abunə olmaq
Umayra Tağıyeva: “Əhaliyə müraciət etmək istəyirik ki, anomal istilərdə günəş şüaları altında qalmaq olmaz”

BAKI, 1 iyun — Sputnik. “Bu ilin yay aylarında anomal istilər müşahidə olunacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyul-avqust aylarında havanın temperaturu normadan xeyli fərqlənəcək: “Yay aylarında anomal istilər insanların səhhətinə ciddi mənfi təsir göstərir. 2006-cı ildə anomal istilərə görə, çağırışların sayı 24 faiz artmışdı. Bu da onu göstərir ki, anomal istilər təhlükəlidir. Əhaliyə müraciət etmək istəyirik ki, anomal istilərdə günəş şüaları altında qalmaq olmaz. Anomal isti yay aylarında günorta saatlarında 11-dən 5-dək günəş şüaları altında qalmaq risklidir”.

Xəbər lenti
0