09:34 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
393 0 0

Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub

BAKI, 31 may — Sputnik. Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Teqlər:
Masallı rayonu, ildırım, ölüm, telefon, xəstəxana

Əsas mövzular