04:04 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Заседание парламента Азербайджана, фото из архива

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
55 0 0

Mili Məclis bu gün tətilə gedir

BAKI, 31 may — Sputnik. Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasında gündəliyinə 24 məsələ daxil edilib.

İlk olaraq "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda dəyişikliyə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihələrinə baxılacaq.

"Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Notariat haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında" qanunlarda, Torpaq, İnzibati Xətalar məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.

İkinci oxunuşda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsinə, Milli Məclisin Gənclər və idman komitəsi sədrinin seçilməsi məsələsinə, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişikliklərə baxılacaq.

Qeyd edək ki, plenar iclasdan sonra Milli Məclis tətilə gedəcək.

Əsas mövzular