CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəxslər meşəni qorumaq əvəzinə ona qənim kəsiliblər

CC0 / Pavlofox / TreeAğac kötüyü və balta, arxiv şəkli
Ağac kötüyü və balta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əraziyə keçirilən baxış zamanı köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi və təbiətə 9209.33 manat məbləğində ziyan dəydiyi məlum olub

BAKI, 30 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin mütəxəssisləri tərəfindən dərhal araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O, bildirib ki, araşdırma zamanı ağacların Lənkəran MMBM-nin Haftoni meşəbəyliyinin 16 saylı dolayında kəsildiyi aşkar edilib. Əraziyə keçirilən baxış zamanı köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi və təbiətə 9209.33 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti
0