CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dönərdən niyə zəhərlənirik - Həyəcan siqnalı

© pixabay / LibbyandMarcelcom / DonerDönər
Dönər - Sputnik Azərbaycan
Abunə olmaq
Ət dönərində toyuq dönərindən fərqli olaraq xərçəng riski böyükdür

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Yol kənarlarında, kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Yaz-yay aylarında isə zəhərlənmə riski daha da artır. Mütəxəssislərə görə, havalar isindikcə bakteriya və mikrobların artması və inkişafı qida zəhərlənmələrinə səbəb olur. Bu, özünü daha çox "fast-food" adlandırdığımız qidalarda, xüsusilə dönərdə göstərir.

Mütəxəssislərin fikrincə, əslində zəhərlənmə faktı dönərin ətinə görə baş vermir. Zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır.

Qida eksperti Elsevər Fərzəliyevin sözlərinə görə, dönərə əlavə edilən inqrediyentlər normal halda zəhərlənmə verməməlidir. Bunun da əsas səbəbi saxlanma şərtləri ilə bağlıdır: "Ət. eləcə də inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn "toksin" birləşmələr qida zəhərlənməsi yaradır". 

İnəyə Quran oxuyan uşaq - Sputnik Azərbaycan
Keyfiyyətli ət əldə etmək üçün inəklərə "Quran" dinlədəcəklər

Ekspert qeyd edir ki, düzgün və normal şəraitlərdə saxlanmama, "defros" (donun açılması) prosesinin anormal aparılması, "kimyəvi" çirklənmələr və bu kimi digər səbəblər qida məhsullarından istifadə zamanı zəhərlənmə faktorunu şərtləndirə bilər.

Həkim-terapevt Mətanət Cəfərovanın sözlərinə görə, istər toyuq, istərsə də ət dönərində yeyilən zaman keyfiyyətsiz qidaların heç bir dadı hiss edilmir. Zəhərlənmə əlamətləri qida qəbulundan bir neçə saat sonra üzə çıxır. Zəhərlənən şəxsdə ishal, qusma, qarında sancılar, halsızlıq, hərarətin qalxması və s. müşahidə edilir.

Həkim məsləhət görür ki, bu əlamətlərdən birini hiss etdiyiniz zaman bol su içməklə müalicəyə başlaya bilərsiniz: "Qida qəbulunu dayandırın, həkimə müraciət edənə qədər su için. Bundan sonra həkim məsləhəti ilə müalicə qəbul edə bilərsiniz. Xəstənin vəziyyəti də həkim tərəfindən qiymətləndirilməlidir".

Həkimin sözlərinə görə, keyfiyyətsiz dönərin qəbulundan sonra ishal, qusma titrəmələr, halsızlıq əlamətləri 4-72 saat ərzində ortaya çıxır. Bu isə, artıq təhlükəlidir. O səbəbdən həkimə gedib, müalicəyə başlamaq lazımdır. 

Dönər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyindən dönər xəbərdarlığı

"Bundan başqa atsormentlərin — zəhəri özünə çəkən dərmanların qəbulu mütləqdir. Bəzi hallarda həkim təyinatı ilə antibiotik müalicəsinə də başlamaq olar. Buna ancaq həkim tərəfindən qərar verilir", — deyə həkim bildirir.

Cəfərova bildirir ki, toyuq ətində bakteriya daha çox yığılır: "Toyuq ətinə daha çox kampilo bakteriya və salmonellanın növlərindən biri toplanır. Hər iki bakteriya qırmızı ətdə, süddə və yumurtada da ola bilər. Bakteriyaya yoluxmuş toyuq əti normal qaydada bişirilmədikdə zəhərlənməyə və xəstəliyə səbəb olur. Çünki bu zaman bakteriyalar ölmür".

"Ət normal qaydada dondurucuda saxlandıqda, dondurulanda yoluxmuş bakteriyalar ölə bilir. Birbaşa kəsilib dönərxanalara verilən ətlərdə bu mikroblar və bakteriyalar qalır və xəstəlik törədir. Ət normal bişirilsə və ya normal dondurulsa belə, çiy ətin olduğu yerlə təmas edərsə, yəni bişmiş ət çiy ətin doğranıldığı yerdə doğranılarsa, bu ət zəhərlənməyə və ya xəstəliyə səbəb ola bilər", — həkim əlavə edir.

Terapevt vurğulayır ki, eyni zamanda yuyulmamış, donu açılmamış və təmizlənməmiş ət bişirildikdə və ya ət sanitar qaydalara cavab verməyən yerdə bişirildikdə xəstəliyə və ya zəhərlənməyə səbəb ola bilər.

Onu da qeyd edir ki, toyuq əti bişirilərkən verilən istiliyin dərəcəsi və miqdarı da önəmlidir. Toyuq ətində olan solmonella bakteriaysının məhv olması üçün 3-5 dəqiqə 75 C-dən artıq istilik verilməlidir. 

Qanunsuz kəsilib satışa çıxarılan at əti - Sputnik Azərbaycan
At ətini Bakıda mal əti adı ilə satırmış

Həmçinin toyuq əti bişirilərkən onun tikələrinin qalınlığına da fikir verilməlidir: "Qalın tikələrdə solmonella bakteriyası ölməyə bilər. Tarixi keçmiş ətin və toyuğun da zəhərlənməyə və ya xəstəliyə səbəb ola bilər. Çünki bütün məhsullarda olduğu kimi bu məhsulların da son istifadə tarixi var. Tarix keçdikdə ətdə və ya toyuqda müxtəlif bakteriyalar yaranır və bu da xəstəliyə və ya zəhərlənməyə səbəb olur".

Müsahibimiz vurğulayır ki, dönər hazırlanmasında istifadə edilən turşular da zəhərlənməyə səbəb ola bilər: "Xüsusilə düzgün hazırlanmamış xiyar turşusu anereob mühitdə hazırlandığı, ağzı bağlı bankalarda olduğu üçün bu zaman botulizm inkişaf edə bilər. Botulizm kəskin zəhərlənmə və ölümə səbəb ola bilər".

"Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə qıcıqlanma sindromu yarana bilər. Bu da bağırsağın iltihablanmasına səbəb ola bilər", — həkim deyir.

Cəfərova bildirir ki, zəhərlənmə ilə qıcıqlanmış bağırsaq sindromu zamanı müşahidə edilən bütün əlamətlər eyni olduğu üçün xəstə çox zaman bu əlamətləri fərqləndirə bilmir: "Ətdə və ya turşuda olan toskinin bədənə keçməsi zamanı yaranan əlamətlər zəhərlənmə, qidanın keyfiyyətsiz olması nəticəsində yaranan əlamətlər isə qıcıqlanmış bağırsaq sindromudur. Hər iksinin əlamətləri eynidir. Bir fərq var ki, qıcıqlanmış bağırsaq sindromu zamanı qıcolmalar olmur. Zəhərlənmədə digər əlamətlərlə yanaşı qıcolma, bayılma və ölüm də baş verə bilir". 

Люди чокаются рюмками, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Özünüzü qoruyun: Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları

"Əgər xəstə dönərdə olan xiyar turşusundan botulatoksinlə zəhərlənibsə, bu, ölümlə belə nəticələnə bilər. Toyuğun tərkibində olan digər bakteriyalarla zəhərlənmə zamanı isə sadəcə qida zəhərlənməsi yarana bilər", — terapevt əlavə edir.

Həkimin dediyinə görə, ət dönərində toyuq dönərindən fərqli olaraq xərçəng riski böyükdür. Ətin davamlı istiyə məruz qalması, az müddət bişməsi onun tərkibini dəyişir. İstinin təsirindən ətin xərçəng əmələ gətirmə riski artır.

Onu da qeyd edək ki, heç də həmişə dönərxanalarda sağlam heyvanların əti olmur. Bəzi dönər evlərində xəstə heyvanların əti, həmçinin eşşək-at əti və ya donuz piyi qatılmış ətlərdən istifadə edilir. Bu da zəhərlənmələrə, mədə qıcıqlanmalarına səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Agentliyin ünvanına "dönər əti" ilə əlaqədar şikayət faktı daxil olmayıb. Qida zəhərlənməsi bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin və kimyəvi qalıqların qidaya bulaşması zamanı həmin qidanın istifadəsi nəticəsində yaranan haldır. Dönərin yaxşı bişirilməməsi, dönər hazırlanan zaman istifadə edilən qida məhsullarının uyğun şəraitdə saxlanılmaması və hazırlayan şəxsin sanitar-gigiyenik normalara əməl etməməsi kimi hallar zəhərlənməyə yol aça bilər. 

© © Karikaturaİtə atarsan, it də yeməz
İtə atarsan, it də yeməz - Sputnik Azərbaycan
İtə atarsan, it də yeməz

Agentlikdən bildirilib ki, hər bir qida məhsulunun qiyməti sərbəst bazar şərtlərinə uyğun formalaşır. Həmçinin minimum keyfiyyət göstəricilərinə cavab verən və qida təhlükəsizliyini təmin edəcək formada hazırlanan hər bir məhsul bazarda öz yerini tuta bilər. Buna görə də hər hansı bir qida məhsulunun qiymətinin ucuz olması həmin məhsulun təhlükəli olmasından xəbər vermir.

Bəzi ekspertlər hazırlanan dönərlərin ətinin keyfiyyətsiz olduğunu və ya at-eşşək, leş əti olduğunu iddia edir. QTA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir ətin mənşəyinin insan qidası üçün yararlı olub-olmaması haqqında rəy verə bilər. 

Фуры на перекрестке улиц Алабяна, Ленинградяна и моста Киевян (20 апреля 2018). Ереван - Sputnik Azərbaycan
Gözlənilən baş verir: Ermənistanda ərzaq qıtlığı yaranır

Xatırladaq ki, 12 il əvvəl ölkədə toyuq dönərinin satışı qadağan edilmişdi. Amma təəssüflər olsun ki, bu gün də şəhərin bütün kafe və restoranlarında toyuq dönəri satılır. QTA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2006-cı ildə qəbul etdiyi qərara əsasən, o illərdə yaşanan quş qripi təhlükəsinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası ərazisində fiziki və hüquqi şəxslər tərəfindən toyuq dönərinin hazırlanması və əhaliyə satışı üzrə fəaliyyətləri dayandırılmışdır. Agentlik digər qurumlarla səlahiyyət bölgüsünü tamamladıqdan sonra məsələ ilə bağlı münasibət bildirəcəkdir.

Qida zəhərlənməsindən şübhələnən hər bir şəxs ilk öncə həkimə müraciət etməli, yalnız qida zəhərlənməsi ilə bağlı diaqnoz qoyulduqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şikayət etməlidir. Qida Təhlükəsizliyi Agentliyi ilə səlahiyyətlər bölgüsü təsdiq edilənədək qida zəhərlənməsi ilə bağlı şikayətlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baxacaqdır.

Xəbər lenti
0