CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paxladan kütləvi zəhərlənmənin səbəbi bilindi - Diqqətli olun

Abunə olmaq
Həkim: "Onu da qeyd edim ki, ferment çatışmazlığı olan insanlara, xüsusilə uşaqlara paxlalı bitkilərin verilməsi məsləhət görülmür"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Bir neçə gün öncə cənub bölgəsində eyni gündə 4 uşaq zəhərlənərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Zəhərlənənlərdən 3-ü Lənkəranda yaşayır. Bir nəfər isə Masallı rayonunda zəhərlənib və müalicə üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin məlumatına görə, uşaqların hər birinin zəhərlənməsi paxlalı bitkilərdən qidalanma nəticəsində baş verib.

Sputnik Azərbaycan paxlalı bitkilərin hansı səbəbdən zəhərlənməyə səbəb olduğunu araşdırmağa çalışıb.

Stəkanda süd - Sputnik Azərbaycan
Qoyun südündən zəhərlənmə oldu...

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qaraciyərində ferment çatışmazlığı olan bütün insanlarda paxlalı bitkilərdən zəhərlənmə baş verə bilər: "Qaraciyərdə ferment çatışmazlığı olan insanlara, xüsusilə uşaqlara paxlalı bitkilərin verilməsi məsləhət görülmür. Çünki paxlalı bitkilərlə qidalanma onların səhhətində mənfi fəsadlara səbəb ola, müxtəlif problemlər yarada bilər".

"Paxlalı bitkilər qaraciyərində ferment çatışmazlığı olan uşaqlara daha çox mənfi təsir göstərə bilər. Amma sağlam uşaqlarda heç bir problem yarada bilməz. Yox əgər qaraciyəri sağlam uşaqlarda problem baş verirsə, deməli zəhərlənmə paxlalı bitkilərin tərkibi ilə bağlıdır. Həmin bitkilərin tərkibindəki nitratlar, nitritlər, digər gübrələrdən zəhərlənmə halı baş verə bilər. Paxlalı bitkilərin öz tərkibində isə insanı zəhərləyəcək heç nə yoxdur" — deyə professor qeyd edib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim Ağabala Kəlbiyev də deyib ki, zəhərlənmə faktı cənub bölgəsinə xas olan xəstəlikdən baş verib: "Bu xəstəlik indi yox, həmişə olub. Hər il 4-5 uşaqda may ayında belə zəhərlənmə halı müşahidə olunur. Xəstəliyin adı pavizmdir. Bunun səbəbi isə uşaqların qaraciyərində irsi olaraq ferment çatışmazlığıdır".

"Belə ki qaraciyərində ferment çatışmazlığı olan uşaq paxla yeyəndə dərhal zəhərlənmə baş verir. Çünki bu zaman qanda hemoliz (hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi – red.) baş verir. Xəstə vaxtında həkimə müraciət edəndə qanı yuyulur və heç bir problem olmur. Amma qan yuyulmazsa, o zaman başqa fəsadlar baş verə bilər" — deyə baş həkim vurğulayıb.

Xəbər lenti
0