CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu görənlərdən xahiş olunur ki...

© Sputnik / Rahim MuradovMasallı Rayon Polis Şöbəsi
Masallı Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkcəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub

BAKI, 26 may — Sputnik. Masallıda 16 yaşlı qızdan mayın 17-dən bəri xəbər yoxdur.

Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Hüseynova Sara Xıdır qızı saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb. Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkcəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub.

© Photo : Hüseynovlar ailəsinin arxivindənSara Hüseynova
Sara Hüseynova - Sputnik Azərbaycan
Sara Hüseynova

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0