22:21 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Qəzalı bina

Qəzalı obyektlərdə olan şəxslərlə bağlı qərar verildi – Köçürüləcəklər

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
375 0 0

Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla davam etdirilir

BAKI, 26 may — Sputnik. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb.

Bu barədə Sputnik Azərbaycan-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 149 qəzalı obyektin 57-sində məskunlaşan məcburi köçkünlərin dərhal köçürülməsinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib. Belə ki, birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsinin icrası çərçivəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Energetika" pansionatından 179 ailə, Xətai rayonu Gəncə prospekti 20A ünvanında yerləşən "Bakı kondisonerleri" birliyinin yarımçıq binasından 126 ailə, Sumqayıt şəhəri Sarıqaya qəsəbəsi, Şəfəq sanatoriyasından 92 ailə, 

Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi yardım stansiyasının yarımçıq binasından 513 ailə, ümumilikdə 4 obyektdən 910 ailə 3822 nəfər məcburi köçkün yaşayış üçün hər cür zəruri şəraiti olan mənzillərə köçürülüb.

Eyni zamanda Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanında yerləşən binadan 27 ailə, 103 nəfər, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanadan 26 ailə, 109 nəfər kompensasiya ödənilərək köçürülüb.

Mayın 24-də Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün inşa edilən müasir yaşayış kompleksinin açılışı olub: "Bu yaşayış kompleksinə Bakı şəhərinin müxtəlif rayonlarında qəzalı binalarda yaşayan məcburi köçkünlər köçürüləcək. Ümumiyyətlə Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla davam etdirilir".

Teqlər:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, məcburi köçkün, köçürülmə, qəzalı bina

Əsas mövzular