05:41 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
584 0 0

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb

BAKI, 25 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.

Teqlər:
publik hüquqi şəxs, Maliyyə Monitorinqi Xidməti, sərəncam, Azərbaycan prezidenti İlham Əliyev

Əsas mövzular