18:59 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Ov tüfəngi

Diqqətli olun, ovun qadağan edildiyi ərazilər açıqlandı

CC0 / nikolabelopitov / ov
CƏMİYYƏT
Qısa URL
57 0 0

Naxçıvan Muxtar Respublikası ərazisində də ova qadağa qoyulub

BAKI, 25 may — Sputnik. Azərbaycanda ovun qadağan edildiyi ərazilər açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov etmək qadağandır.

H.Əlizadə bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində də ova qadağa qoyulub: “Bu öz müsbət nəticələrini verməkdədir”.

Teqlər:
Naxçıvan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, qadağa, ov

Əsas mövzular