CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turistlərimiz haralıdır?

© Photo : AZALHeydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artıb, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,1 faiz azalıb

BAKI, 24 may — Sputnik. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Bakıda turistlər - Sputnik Azərbaycan
Mayda Bakıya Rusiyadan turist axını olacaq

Məlumata görə, gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22,0 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəyə gəlib.

Məlumatda qeyd edilir ki, cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb. İrandan gələnlərin sayında 5,4 faiz azalma müşahidə edilib.

2018-ci ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,4 faiz artaraq 32,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,4 faiz artaraq 284,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6 faizi dəmir yolu və avtomobil, 38,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Qax rayonunun Qaşqaçay kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusiyalı turist: "Sizin dağlarda istirahət etmək yox, ancaq azmaq olar"

2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1289,0 min nəfər olub. Ölkə vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiya Federasiyasına, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4 faizi kişilər, 31,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artıb, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 1,1 faiz azalıb.

Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,0 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər lenti
0