CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda beynəlxalq əhəmiyyətli kosmik müsabiqə keçiriləcək

© Sputnik / Rashad KeremogluFransanın Azərbaycandakı səfiri Oreliya Buşezin mətbuat konfransı
Fransanın Azərbaycandakı səfiri Oreliya Buşezin mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək

Eldar Tanriverdiyev, Sputnik.az

BAKI, 24 may — Sputnik. Bu ilin 25 və 26 may tarixlərində CNES, ESA və ESA BIC Sud France təşkilatlarının birbaşa iştirakı ilə kosmik proqramlara həsr edilmiş beynəlxalq əhəmiyyətə malik ActInSpace müsabiqəsi təşkil olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez bildirib.

Səfir qeyd edib ki, Hakaton və Start-up həftəsi ərəfəsində ActInSpace müsabiqəsi eyni zamanda dünyanın beş qitəsində təxminən 40 ölkəsində və 70 şəhərində keçiriləcək: "Azərbaycanda ilk dəfə olaraq, ActİnSpace yarışmasına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti ev sahibliyi edəcək. Bakının müxtəlif universitetlərindən (ADNSU, ADA Universiteti, BANM (Bakı Ali Neft Məktəbi), Milli Aviasiya Akademiyası və s.) olan 100-dən artıq tələbə artıq bu unikal yarışmada iştirak etmək üçün qeydiyyatdan keçib. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək".

OSIRIS-REx - Sputnik Azərbaycan
NASA buna da əl atdı: Kosmik nüvə gəmisi yaradılır

Qeyd edək ki, ActInSpace müsabiqəsi ideya olaraq ilk dəfə 2014-cü ilin may ayında CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi) tərəfindən irəli sürülüb. Kosmik sektorun dinamik inkişaf imicini möhkəmləndirmək və kosmik texnologiyaların gündəlik həyatımızın bütün sahələrində necə tətbiq edildiyini göstərmək məqsədi daşıyan ActInSpace 2018-ci ildən beş qitədə təqdim ediləcək. Hər bir şəhər və ölkə 27 iyun çərşənbə günü Fransanın Tuluza (Toulouse) şəhərində təşkil olunacaq beynəlxalq final üçün ən perspektivli komandanı seçəcək. Yarışma günü Bakının İT, Maliyyə və digər sektorlardan olan ekspertlər və biznes məşqçiləri tərəfindən komandalara lazımi texniki dəstək təmin ediləcək və onlara münsiflər heyəti (Azərkosmos, Strasburq Universiteti, CNES, ADNSU) qarşısında mümkün olan ən yaxşı layihəni təqdim edilməsində köməklik göstəriləcək. Bu il yarışmaya qatılan komandalar özlərini New Space, humanitar yardım və kosmik tədqiqat kimi bir sıra yeni sahələrdə öz potensiallarını nümayış etdirə biləcək. Həmişəki kimi yenə də Airbus tədbirin qızıl sponsoru və əsas tərəfdaşı olaraq müsabiqəyə öz mütəxəssislərini göndərəcək və qaliblər üçün iki mükafat təqdim edəcək.

Xəbər lenti
0