23:15 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Ahıl insanlar, arxiv şəkli

Təqaüdçülərə şad xəbər

© Sputnik / STR
CƏMİYYƏT
Qısa URL
971 0 0

Qrafik əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın günlərdə təmin olunacaq.

BAKI, 23 may — Sputnik. Ölkəmizin bütün rayon və şəhərləri üzrə may ayının pensiyalarının ödənişi artıq başa çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi prosesi pensiyaların maliyyələşdirilməsi qrafikinə əsasən respublikamızın bütün rayon və şəhərləri üzrə tam və vaxtlı-vaxtında həyata keçirilib.

"Hələ mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil olmaqla, daha 22 rayon üzrə, son iki gündə isə qalan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülüb" deyə məlumatda bildirilib.

Bakıda bankomat
© Sputnik / Anar Mustafayev

Beləliklə, bu gün mayın 24-də respublikanın bütün rayon və şəhərləri üzrə may ayının pensiyalarının ödənişi artıq yekunlaşıb.

Qrafik əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın günlərdə təmin olunacaq.

Xatırladaq ki, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, Azərbaycanda pensiyaların ödənişi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır.

Teqlər:
xoş xəbər, təqaüd, ödəniş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əsas mövzular