CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"BakuBus" məsuliyyəti piyadanın üzərinə qoydu: Yola özü çıxıb

© Sputnik / Murad Orujov"BakuBus" MMC-nin avtobusları
BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb

BAKI, 23 may — Sputnik. Mayın 22-də Bakı şəhəri, Təbriz küçəsində "BakuBus" avtobusunun sürücüsü piyadanı vurub.

"BakuBus"ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 22-də saat 23:30 radələrində Bakı şəhəri, Təbriz küçəsində ("Su Sonası" şadlıq sarayının qarşısı) piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qarşısına çıxıb və o, həmin nəqliyyat vasitəsinə dəyib. Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti
0