21:25 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Dövlət İmtahan Mərkəzinin binası

DİM son imtahanların gözlənilməz nəticələrini açıqladı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
528 0 0

Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

BAKI, 22 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent sənəd verib.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 648 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə — 700 bal toplayıb.

Qeyd edək ki, DİM I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib.

Teqlər:
nəticə, Dövlət İmtahan Mərkəzi, imtahan, I və IV ixtisas qrupları

Əsas mövzular