00:00 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
İmtahan verən gənclər

Abituriyentlərin sınaq günü: I və IV qruplar üçün imtahan keçirilir

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
82 0 0

İmtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verir

BAKI, 20 may — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, imtahan saat 11:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahan ölkənin 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılır.

İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verir.

Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.

Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.

Teqlər:
imtahan, abituriyent, ixtisas qrupları, Dövlət İmtahan Mərkəzi

Əsas mövzular