01:24 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
86 0 0

Sərgidə araşdırmaçı-jurnalist Dilqəm Əhmədin kitablarının təqdimatı və Cümhuriyyət tarixinə aid dəyərli materiallar nümayiş olunub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Bu gün Gəncədə Azərbaycan mühacirət tarixini araşdıran jurnalist Dilqəm Əhmədin kitablarının təqdimatı, imza günü və onun uzun illər ərzində apardığı araşdırmalar zamanı əldə etdiyi nadir foto və sənədlərin sərgisi keçirilib.

Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə bu dövrə aid topladığı materiallar, fotolar, sənədlər "Fərqlilər" və "Mühacirlərin dönüşü" adı ilə çap olunub. Müəllifin "Fərqlilər" kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib.

Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoşəkilləri və məktubu, Mirzə Şəfi Vazeh, Məmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib. Ikinci kitabda isə Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-ə yaxın yeni material təqdim edilib.

Gəncədə Azərbaycan mühacirət tarixinin araşdırmaçı-jurnalist Dilqəm Əhmədin kitablarının təqdimatı
© Sputnik / Ilham Mustafa
Gəncədə Azərbaycan mühacirət tarixinin araşdırmaçı-jurnalist Dilqəm Əhmədin kitablarının təqdimatı

Müəllif Sputnik Azərbaycan-a açıqlamasında sərginin Gəncədə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib: "Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı və son istehkamıdır. Eyni zamanda, cümhuriyyət qurucularından olan Şeyxzamanovlar, Rəfibəylilər, Pişnamazovlar və digərlərinin vətənidir. Bu səbəbdən sərginin Gəncədə keçirilməsinin mənəvi tərəfi bizim üçün önəmliydi. Məqsədimiz insanların Cümhuriyyət tariximizi daha yaxından tanıması, öyrənməsi və hiss etməsini təmin etməkdir".

Gəncədə Azərbaycan mühacirət tarixinin araşdırmaçı-jurnalist Dilqəm Əhmədin kitablarının təqdimatı
© Sputnik / Ilham Mustafa
Gəncədə Azərbaycan mühacirət tarixinin araşdırmaçı-jurnalist Dilqəm Əhmədin kitablarının təqdimatı

Müəllif belə tədbirlərin davamlı keçirməyə çalışacağını, gələcəkdə yardımsevər insanların köməyilə fərdi muzeyini təşkil etmək niyyətində olduğunu vurğulayıb.

Teqlər:
Dilqəm Əhməd, Məhəmməd Əmin Rəsulzadə, Gəncə, sərgi

Əsas mövzular