CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSMF-də ciddi dəyişikliklər: 5 rayon şöbəsinə yeni sədr təyin edilib

© SputnikDövlət Sosial müdafiə fondu
Dövlət Sosial müdafiə fondu - Sputnik Azərbaycan
Abunə olmaq
Yasamal, Sabunçu, Suraxanı, Xətai və Qaradağ rayonlarında dəyişiklik

BAKI, 19 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, müvafiq əmrlə fondun Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.

Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.

Xəbər lenti
0