08:51 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
130510

Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü olan Rəşad Mahmudov son aylar səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilib

BAKI, 19 may — Sputnik. Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.

Xəbəri Rəşad Mahmudovun özü “BakuPost”-a təsdiqləyib.

Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.

Qeyd edək ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü olan  Rəşad Mahmudov son aylar  səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.

Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edib.

Teqlər:
Rəşad Mahmudov, Bakı Ürək Mərkəzi, Səhiyyə naziri Oqtay Şirəliyev, cərrah, millət vəkili

Əsas mövzular