CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilləri dövlət qurumunun fəaliyyətindən razı qaldılar

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib

BAKI, 18 may — Sputnik. Milli Məclis Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, hesabata əsasən, son 5 ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib.

Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Hesabat dövründə qurumlar tərəfindən 42 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib. Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib. 2017-ci ildə yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı il ilə müqayisədə 50% çox vəsait bərpa edilib.

Hesablama Palatasının hesabatı müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti
0