CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlərin diqqətinə: Sabah sürüşmə ərazisi ilə bağlı tədbir görüləcək

© Sputnik / Irade JELILSəbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Sabahdan mümkün olan ərazilərdə mayaklar qoyacağıq və bundan sonra proses barədə ətraflı məlumat vermək mümkün olacaq"

BAKI, 17 may — Sputnik. "Mayın 15-də Bayıl Amfiteatrı zonası, bayraq meydanını ilə üzbəüz Buxta 9 ünvanında baş verən sürüşmə zamanı iki ev tamamilə uçub, 2 evə zərər dəyib və 20 ev təhlükəli vəziyyətdədir. İnsanları oradan çıxarıblar". Bu sözləri Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Qaralov qeyd edib ki, sürüşməyə səbəb ərazinin həddən artıq yüklənməsidir: "Yamacın 45 dərəcəyədək meylliliyi var. Terrasvari yamac düz dikə qədər kəsilib. Və terrasların üzərində, kəsiyin üstündə necə gəldi evlər tikilib. Evlər bir-birinə çox yaxındır. Ara küçələrin eni 1 metrdən artıq deyil. Alt hissəsi isə narın dənəli qumdur. Bu da zaman-zaman kanalizasiya sularının təsiri ilə yuyulur və dayanıqlılığını itirir. Belə olan vəziyyətdə də çökmə tipli sürüşmə baş verir".

Qaralovun sözlərin görə, hazırda ərazidə çoxsaylı çatlar var: "Biz gözləyirik ki, ərazi tamamilə boşalsın. Hazırda əhali əşyalarını daşıyır. Sabah ərazidə prosesi izləmək üçün mayaklar qoyacağıq. Bu gün səhərdən əməkdaşlarımız, ərazinin xəritəsini hazırlayır. Sabahdan mümkün olan ərazilərdə mayaklar qoyacağıq və bundan sonra proses barədə ətraflı məlumat vermək mümkün olacaq".

Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində müşahidə edilən gərginliyin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsinə təsirindən danışan Ə.Qaralov əlavə edib ki, yeni sürüşmə hadisəsinin qeydə alındığı Buxta 9 küçəsi Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşir.

Xəbər lenti
0