01:34 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
Sürücü

Sürücülərin nəzərinə: Paytaxtın bu yolu təmir edilir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
67 0 0

Bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi

BAKI, 17 may — Sputnik. Bakının Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.

"Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa Şəfaət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək" deyə Nəcəfli bildirib.

O qeyd edib ki, təmir işlərinin sonuncu mərhələsində küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yolun üfiqi nişanlanma xətləri çəkildikdən sonra Şəfayət Mehdiyev küçəsinin bu hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.

Əlaqədar

Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq
Vətəndaş nə etməlidir ki, evi yıxılmasın - Yol xəritəsi
Daha bir yol polisi küçədə can verdi
Yol polisi əməkdaşı avtoqəzada öldü
Sürücülərə xoş xəbər: Bu yol açıldı

Əsas mövzular