14:29 25 May 2018
Canlı yayım
Maliyyə hesabatı, arxiv şəkli

Ən yüksək əmək haqqını onlar alırmış...

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
426 0 0

Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub

BAKI, 16 may — Sputnik. 2018-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,1 faiz artaraq 745,7 manat olub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Əlaqədar

Daha bir deputat maaş azlığından şikayətləndi
Qüdrət Həsənquliyev özünə 8 min, Oqtay Əsədova 10 min manat maaş tələb edir
Maaş artımları ilə bağlı mühüm qərar gözlənilir

Əsas mövzular