22:52 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
0 0 0

Hərbi vəziyyət zamanı cinayətin törədilməsi cəzanı ağırlaşdıran hallar siyahısına daxil edilib

BAKI, 15 may — Sputnik. Cinayət Məcəlləsinin 61-ci maddəsinə (Cəzanı ağırlaşdıran hallar) dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 61.1.11-ci maddəsinə "fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilib.

Təklif olunan mətndə deyilir ki, cinayətin fövqəladə və ya hərbi vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran haldır. Mövcud mətndə isə deyilir ki, cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran haldır.

Cinayət Məcəlləsinin mövcud 61-ci maddəsi cəzanı ağırlaşdıran halları nəzərdə tutur. Qanunvericilik cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsini Məcəllənin 61.1.11-ci maddəsinə cəzanı ağırlaşdıran hal kimi daxil edib.

"Hərbi vəziyyət haqqında" qanun 2017-ci il 14 fevral tarixdə qəbul edildikdən sonra artıq cinayətin hərbi vəziyyət zamanı törədilməsini də cəzanı ağırlaşdıran hallar siyahısına daxil edilməsini nəzərdə tutur. Dəyişikliklərin əsas məqsədi "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli qanununun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Sərnişinlər cibgiri ağır cəzalandırdı - VİDEO
Paytaxt sakinlərini narahat edən problemə aydınlıq gətirildi: Cəzalanacaqlar
"Şərəfsizlər, Allah bəlanızı versin" deyən türk ulduza rekord cəza – VİDEO
Azərbaycanda baş redaktora ağır cəza verildi
Daha bir əməlin cəzası sərtləşdirildi - Həbs
Zakir Qaralov "İzvestiya" qəzetini cəzalandırmağı xahiş edir
Teqlər:
"Hərbi vəziyyət haqqında" qanun, ağırlaşdıran hal, hərbi vəziyyət, maddə, Cinayət Məcəlləsi, cinayət, cəza, fövqəladə vəziyyət

Əsas mövzular