02:38 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
28 0 0

Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib

BAKI, 8 may — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Heydər Əliyev prospektinin bir hissəsində "Sabunçu yol qovşağı"ndan "Böyük Şor yol qovşağı"nadək olan hissəsində təmir-tikinti işləri aparıb. Bu barədə Sputnik Azərbaycan-a AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Nəcəfli bildirib ki, təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edib: "Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi. Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edib".

Qurumun sözçüsü, həmçinin qeyd edib ki, aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcı yenidən qurulub. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4200 paqon-metr yeni səki daşları düzülüb, üstünə isə 6400 kv.m sahəyə isə tamet daşları döşənib.

"Avtonəqliyyat vasitələrinin norma hərəkətini təmin etmək məqsədi ilə prospektin sözügedən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin mütəxəsislərinin iştirakı ilə yolcizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb", — A.Nəcəfli deyib.

Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Heydər Əliyev prospekti, Anar Nəcəfli, yol

Əsas mövzular