CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava limanında "brilyant əməliyyatı" – VİDEO

© Photo : DGK Mətbuat XidmətiВсего: 92614 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşından götürülmüş brilyant qaşlarla dolu paketlər
Всего: 92614 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşından götürülmüş brilyant qaşlarla dolu paketlər - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşlardır

BAKI, 8 may — Sputnik. Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

© Photo : DGK Mətbuat XidmətiDubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşından götürülmüş brilyant qaşlarla dolu paketlər
Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşından götürülmüş brilyant qaşlarla dolu paketlər - Sputnik Azərbaycan
Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşından götürülmüş brilyant qaşlarla dolu paketlər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən, qanunvericiliklə müəyyən edilən hədlərdən artıq olan malları gömrük nəzarətinə təqdim etməyib, elektron və ya yazılı formada bəyan etməyib.

Külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısı alınıb - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda brilyant əməliyyatı keçirilib

Sözügedən şəxs malları "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və "qırmızı dəhlizə" yönləndirilib.

Vətəndaşın çamadanına rentgen aparatı ilə baxış zamanı monitorda əks olunan təsvirlərə əsasən, çamadandakı 1 cüt ayaqqabının hər tayının uc hissəsində gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaranıb.

Bundan sonra, şəxsi əşyaların arasında olan 1 cüt kişi ayaqqabısı çamadandan çıxarılıb və hər tayının daxilində həqiqətən polietilen bükümlər gizlədildiyi müəyyən edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.

Nəticədə, çamadanda olan 1 cüt kişi ayaqqabısının hər tayının uc hissəsinə qoyularaq, gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd bükümdə müxtəlif həcmli və formalı qaşlar aşkarlanıb.

Ekspert arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 1886,87 karat (377,374 qram) olan brilyant qaşlardır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0