CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketin qarşısında meyit tapıldı

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку. Архивное фото
Карета скорой помощи в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəniz" marketin qarşısında təxminən 60 yaşı olan naməlum kişi meyiti tapılıb

BAKI, 6 may — Sputnik. Göyçay şəhərində kişi meyiti tapılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında rayon sakini Göyçay rayon Polis Şöbəsinə zəng edərək "Dəniz" marketin qarşısında təxminən 60 yaşı olan naməlum kişi meyitinin olması barədə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə gələrək meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparıblar. Hazırda onun kimliyi və hansı səbəbdən öldüyü araşdırılır.

Xəbər lenti
0