CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öldürüb, sonra yaşadığı evin zirzəmisində basdırıb

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Qətlin də tamah məqsədilə törədildiyi ehtimal edilir

BAKI, 5 may — Sputnik. Martın 16-da Lənkəranda itkin düşmüş Lerik rayonunun Veri kəndinin sakini, 39 yaşlı Mirisaq Yədulla oğlu Babayevin meyiti tapılıb. 

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri zamanı onun yoxa çıxmasında şübhəli bilinən şəxslər müəyyən edilib. 

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lənkəranda qətl: Kişinin ikinci arvadı birinci arvadını öldürdü

1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini Bakı şəhərində saxlanılıb. Eyni zamanda hələlik adı açıqlanmayan taksi sürücüsü də istintaqa cəlb edilib. Saxlanılmış şəxs M.Babayevi öldürərək yaşadığı evin zirzəmisində basdırdığını  etiraf edib. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə meyit hazırda ekskumasiya olunur.

Qeyd edək ki, M.Babayev itkin düşdüyü gün Lənkəranda bacısı oğlunun toyunda iştirak edib, sonra taksiyə oturaraq şadlıq evindən uzaqlaşıb. Yaxınlarının dediyinə görə, onun üzərində 700 manat pul olub. Qətlin də tamah məqsədilə törədildiyi ehtimal edilir. 

Meyit ekskumasiya olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil veriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.

Xəbər lenti
0