CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənub bölgəsinin sakinlərinə xəbərdarlıq edilir

© Official website of President of Azerbaijan RepublicƏlət-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi
Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq

BAKI, 3 may — Sputnik. Bu gün iki rayonda qaz olmayacaq. Bu barədə Sputnik Azərbaycan- a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, diametri 1220 mm-lik "Astara-Qazıməmməd" maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq.

Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti
0