CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Goranboyda ağır qəza: Sürücü infarkt keçirdi, 3 nəfər öldü

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn "VAZ-21021" markalı avtomobillə toqquşub

BAKI, 3 may — Sputnik. Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.  

Belə ki, "VAZ-21021" və "Toyota Prado" markalı minik avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar Ağdam rayon Paşabəy kənd sakinləri: — 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı, 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu və Xanqərvənd kənd sakinləri: — 1977-ci il təvəllüdlü Feyzulayeva Hüsniyə Sədrəddin qızı, 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızıdır.

Astara rayonunda ağır avtomobil qəzası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəmkirdə ağır qəza: İki ölü, iki yaralı

Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır. 

Qəzaya səbəb "Toyota Prado" markalı avtomobilin sürücüsü, Ağdam rayon Paşabəy kənd sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlunun sükan arxasında infarkt keçirməsi olub. Bu zaman avtomobil idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn "VAZ-21021" markalı avtomobillə toqquşub. Nəticədə sürücü və həyat yoldaşı ölüb. Onların iki nəvəsi isə xəsarət alıb.

Yaxınlarının sözlərinə görə, əvvəllər 2 dəfə ürək əməliyyatı keçirən F.Quliyev ürək xəstəliyindən əziyyət çəkirmiş.

Xəbər lenti
0