CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı polisi modelin gözəlliyi qarşısında görün nə hala düşdü

© Photo : Instagram / laferideFəridə İbrahimova
Fəridə İbrahimova - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı gecələrini seyrə çıxarkən İbrahimova özünü saxlaya bilməyib polis maşınına oturub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Bakı polisi Azərbaycan əsilli ukraynalı modelin — "Miss Ukrayna-2015" müsabiqəsinin ikinci vitse-missi titulunun sahibi Fəridə İbrahimovanın gözəlliyi qarşısında duruş gətirə bilməyərək ona öz avtomobilini güzəştə gedib.

Sputnik Azərbaycan-ın məlumatına görə, İbrahimova bu barədə videoçarxı özünün Instagram-dakı səhifəsində paylaşıb.

Model yenidən bir neçə günlüyə Bakıya gəlib və vaxtının çoxunu dostları ilə keçirir.

Bakı gecələrini seyrə çıxarkən İbrahimova özünü saxlaya bilməyib polis maşınına oturub. Polis məmnuniyyətlə modelin onun xidməti maşınının sükanı arxasına oturmasına imkan verib. Çarxda Fəridənin polis maşınına oturduğu anı qeydə alan şəxs "Fəridə, sən polissən?" — deyə soruşur. O isə işvə-nazla "bəli" cavabını verir. Çarxı paylaşan Fəridə "Bakı polisini sevirəm" yazıb.

Belə anlaşılır ki, sevgiyə təşnə olan Bakı polisi modelin gözəlliyi qarşısında əriyərək ona xidməti maşınına oturmaq və özünü polis kimi hiss etmək imkanı yaradıb.

İbrahimova bir sıra Ukrayna brendlərinin simasıdır. Məşhur dizaynerlərin Ukrayna və Azərbaycanda keçirilən bütün moda həftələrində iştirak edir. Hazırda o, daha çox xarici həmkarları ilə birlikdə reklam layihələri ilə məşğul olur. İbrahimova özünün şəxsi həyatını açıb göstərməməyə çalışır və onu ehtiyatla gizlədir.

Xəbər lenti
0