CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Bakıda su qıtlığı yaranacaq

© AFP 2023 / Martin BERNETTI Su kranı, arxiv şəkli
Su kranı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərsu” ASC abonentlərdən üzr istəyir

BAKI, 2 may — Sputnik. Sabah Bakının bəzi ərazilərində suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0